Korsikaya güclü qar yağıb - VİDEO

08:18 16-05-2019 8

Fransanın Korsika adasına güclü qar yağıb.

TASS xəbər verir ki, dağlarda qar örtüyünün 5 santimetrə qədər çatacağı gözlənilir.

Qar yağması nəticəsində Ayaçço və Bastiya şəhərlərini əlaqələndirən Vitsavona aşırımı bir neçə saat ərzində nəqliyyatın hərəkəti üçün bağlı olub.

Təbii möcüzəsinin nəticələrini aradan qaldırılmaq üçün qartəmizləyən texnikanı cəlb edilib.