Məlahət Abbasova övladlığa uşaq götürür

11:18 16-05-2019 8

Əməkdar artist Məlahət Abbasova övladlığa uşaq götürməyə hazırlaşır.

HerGun.Az xəbər verir ki, aktrisa bu barədə şəxsi “Facebook” hesabında məlumat verib.

“Uzun müddətdir uşaq evində qalan kimsəsiz bir qıza könüllü analıq etmək istəyirdim. Bütün şərtlərə uyğun olmağım barədə xəbər aldım. Müraciət üçün sənədlərim hazırlanır. Övladlarımla danışdım, onlar da razıdırlar. Məncə, həyata bir uşaq qazandırmaq, onların yaralarını sarmaq, onlara dəstək olmaq ən böyük savabdır”.

Qeyd edək ki, M.Abbasova Türkiyə vətəndaşı ilə evlidir. Cütlüyün bir qız, bir oğlan övladı var.