Prezident 90 yaşlı rəqqasəni təltif etdi

16:54 16-05-2019 10

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Roza İsmayıl qızı Cəlilova “Şöhrət” ordeni ilə təltif edilib.

Ona bu orden Azərbaycan rəqs sənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə verilib.

Məlumat üçün bildirək ki, Xalq artisti, rəqqasə, xoreoqraf-baletmeyster Roza Cəlilova 1929-cu il mayın 17-də doğulub. Sabah onun 90 yaşı tamam olacaq.

R.Cəlilova Prezident təqaüdçüsüdür.