Torpağa görə qardaş qardaşı döydü

05:09 17-05-2019 7

Bakının Suraxanı rayonunda iki qardaş arasında dava düşüb.

HerGun.Az xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış massivində baş verib. Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Həşimov Elgün Füzuli oğlu qardaşı tərəfindən döyülüb.

Hadisənin torpaq məsələsinə görə baş verdiyi bildirilir. 

Baş nahiyəsindən xəsarət alan yaralı 3 saylı Şəhər Kliniki Mərkəzinə çatdırılıb. Ona başın yumşaq toxumasının əzilməsi diaqnozu qoyulub.

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu