Gürcüstan Prezidenti Saakaşvilinin əfv edilməsinə münasibət bildirdi

23:20 01-10-2021 374

Gürcüstan Prezidenti Salome Zurabişvili Mixail Saakaşvilini əfv etməyəcəyini bildirib.

“Bu gün çoxları soruşur ki, Prezident onu (Saakaşvilini – red) əfv etməyi planlaşdırırmı? Bu suala yalnız bir, sadə və qəti cavabımız var -  xeyr, bu heç vaxt olmayacaq!”, - deyə 69 yaşlı Gürcüstan Prezidenti vurğulayıb.

Gürcüstan Prezidenti bəyan edib ki, Saakaşvili beynəlxalq tərəfdaşların tövsiyələrinə zidd olaraq sabitliyi pozmaq üçün Gürcüstana gəlib.

Mənbə: “Sputnik” Gürcüstan