Helikopter səmada təyyarə ilə toqquşdu: Ölənlər var - VİDEO

01:20 02-10-2021 356

ABŞ-ın Arizona ştatında helikopterlə təyyarənin səmada toqquşması nəticəsində iki nəfər həlak olub.

İnsident Çandler şəhərinin hava limanı yaxınlığında baş verib.

Belə ki, toqquşmadan sonra vertolyot yerə dəyərək alovlanıb və hava nəqliyyatı vasitəsinin göyərtəsində olan iki nəfər yanaraq həlak olub.

Hələlik qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Mənbə: ABC15 telekanalı