Suda “boğulan qız” ispanları bərk qorxutdu - FOTO/VİDEO

06:00 02-10-2021 516

İspaniyanın Bilbao şəhərində Nervion çayında boğulan qız heykəli qoyulub. Qeyri-adi heykəl çayın qabarması zamanı suyun altında qalır, çəkilmə zamanı isə görünür.

Heykəl yerli sakinlərə xəbərdarlıq etmədən quraşdırıldığı üçün ilk öncə görənlər bərk qorxublar.

“Bihar” (Bask dilində “sabah”) ideyasına sahib olan fondun rəhbəri Şabyer Sagredo bu heykəldə əsas məqsədin gələcəyin perspektivinə diqqət çəkmək olduğunu deyib.