Evinin divarından milyon avroluq qızıl sikkələr tapdı - FOTO

07:20 02-10-2021 423

Fransanın Kemper şəhərindən olan bir ailə evlərində təmir zamanı xəzinə tapıb.

Məlumata görə, divar sökülərkən orada metal qutunun içində 239 sikkə aşkarlanıb. Pulların Böyük Fransız İnqilabından (1789) əvvəl zərb edildiyi bildirilir.

Ev sahibləri dörd sikkəni suvenir kimi saxlamağa qərar verib, qalanları isə hərraca çıxarılıb. Qiymətli əşyalar bir milyon avrodan (1.9 milyon manat) artıq qazanc gətirib.

Ev sahibləri qazandıqları pulu tapan işçilərlə bölüşməyi planlaşdırırlar.

Mənbə: “The Guardian”