Xorvatiyanın baş məşqçisi: Niyə Azərbaycanın daha əvvəl xal qazana bilməməsi təəccüblüdür

22:36 09-09-2019 424


"Azərbaycanı qələbə münasibəti ilə təbrik edirəm. Oyuna yaxşı başladıq və qol vurdu. Sonra yaxşı şanslarımız oldu. Amma qapıçınız çox yaxşı oynadı. Daha sonra milliniz yerli publikanın dəstəyi ilə qapımıza qol vurdu. Biz çıxışımızdan şad deyilik. Bu nəticəni qəbul edib növbəti oyunlara hazırlaşmalıyıq".

HerGun.Az xəbər verir ki, bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda millimizlə 1:1 oynadıqları oyundan sonra deyib.

O bildirib ki, Azərbaycan qiymətləndiriləsi rəqibdir:

"Ante Rebiçin iki qol vurmaq şansı oldu və yararlana bilmədi. Onu çıxarmadım. Çünki ona inanmaq istədim.

Azərbaycan Zaqrebdəki oyunda da göstərib ki, yaxşı komandadır. Niyə Uels və Slovakiya ilə oyunlarında xal qazana bilməməyiniz təəccüblüdür. Bizə qarşı motivasiya ilə oynadılar. Bu stadionda dörd il əvvəl də xal itirsək də, bu stadionu cəhənnəm adlandırmazdım. Sadəcə, şanslardan düzgün yararlanmaq lazımdır".

Səbuhi Musayev