Ülvi Mehdiyev: “Asan Könüllüləri” 300-ə yaxın layihə həyata keçiriblər

13:45 17-05-2018 7
loading...

İndiyədək “Asan Könüllüləri” Təşkilatı tərəfindən 300-ə yaxın layihə həyata keçirilib və bu layihələrdə, ümumilikdə, 30 minə yaxın gənc iştirak edib.

HerGun.Az-ın xəbərinə görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev gənclərin siyasi, sosial və hüquqi biliklərinin hərtərəfli inkişaf etdirilməsi məqsədilə keçirilən “AVO MUN 2018” layihəsinin açılış mərasimində deyib.

“Düşünürəm ki, bizim bu layihə gənclərin beynəlxalq  hüququ mənimsəməsində faydalı olacaq”.

Qeyd edək ki, tədbirdə “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin rəhbəri Məzahir Əfəndiyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və başqaları iştirak edib.

Elvin Paşazadə