İki rayonun qaz təchizatında fasilə olacaq

10:18 10-09-2019 350

Sentyabrın 10-da səhər saat 12:00-dan etibarən Sabunçu rayonunun Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. 

Gün ərzində "Zabrat-2", Bilgəh qəsəbələri, eləcə də, Şəmkir rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində də qazın verilişində qısamüddətli fasilələr müşahidə olunacaq.