Neftin qiyməti son dörd ilin rekordunu vurdu

15:45 17-05-2018 116
loading...

Mayın 17-də Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 2014-cü ilin noyabrın 25-dən ilk dəfə 80 dolları keçib. 

HerGun.Az bu barədə hərracların son nəticələrinə istinadən məlumat verir.

Bundan əvvəl Bank of America analitikləri bəyan ediblər ki, 2019-cu ildə neftin bir barelinin qiyməti 100 dollara çata bilər. 

Qara qızılın qiymətindəki artımı ekspertlər İran və Venesueladan neftin ixracının dayandırılması riski, həmçinin dünya neft ehtiyatlarının azalması ilə əlaqələndirirlər.