Penitensiar Xidmətdə yeni - TƏYİNAT

16:10 17-05-2018 76
loading...

Penitensiar Xidmətə yeni rəis müavini təyin edilib.

HerGun.Az-ın məlumatına görə, Penitensiar Xidmətin bir müddət əvvəl təqaüdə göndərilən rəis müavini Hüseyn Əlixanovun yerinə Xidmətin təsərrüfat idarəsinin rəisi, ədliyyə polkovniki Ağaəli Xəlilov təyin edilib.

Qeyd edək ki, A.Xəlilov uzun müddət daxili işlər orqanlarında işləyib, Saatlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. 2016-cı ildən Penitensiar Xidmətin təsərrüfat idarəsinin rəisi kimi çalışıb.