Bakıda qəbiristanlıqdan oğurluqla bağlı cinayət işi açıldı – FOTO

17:55 17-05-2018 139
loading...

Bakı şəhər İcra Hakimiyyəti yanında İkinci fəxri xiyabanın rəhbərliyi qəbiristanlıq ərazisindən oğurluqla bağlı Yasamal rayon Polis İdarəsinə müraciət edib. 

Bu barədə HerGun.Az-a qəbiristanlığın aid olduğu idarədən məlumat verilib. 

“İkinci fəxri xiyabandan və Yasamal qəbiristanlığından mərmərlər, qranit başdaşıları və tanınmış şəxslərin bürünc büstləri oğurlandıqdan sonra rəhbərlik polisə müraciət etdi. 

Hazırda faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır”, - məlumatda bildirilib. 

Bundan əvvəl, KİV-də yayılan məlumatlara görə, akademik İsgəndər Cavadovun və biznesmen Cəfər Quliyevin qəbirlərində oğurluqlar olub. 

Bildirilib ki, cinayətkarlar müxtəlif vasitələrdən istifadə etməklə, qara və qırmızı mərmərləri, bürünc memorial löhvələri və digər qiymətli materialları oğurlayıblar. 

Əli Məmmədov