Sumqayıt bulvarında bir nəfər dənizə düşdü

19:18 10-09-2019 10

Sumqayıtda bir nəfər dənizə düşüb.

Fövqəladə Hallar Nazirliyindən HerGun.Az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində, Dənizkənarı Bulvarı ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.​