Məşhur muğam ustası vəfat etdi

22:00 10-09-2019 687

Tanınmış xanəndə Həbib Rəhimov dünyasını dəyişib.

Həbib Rəhimovun vəfatı ilə bağlı “Facebook” hesabında xəbər paylaşan şair Vüqar Əhməd bu barədə HerGun.Az-a açıqlama verib.

O, əməkdaşımızla söhbətində sənətkarın ağır xəstəliyə tab gətirməyib, dünyasını dəyişdiyi söyləyib: "Həbib müəllim bir ildən çox idi ki, ağır xərçəng xəstəsi idi. Özü heç bilmirdi xəstəliyini. Evdəkilər ondan bunu gizli saxlamışdılar. Zəng vurdum ki, vəziyyətini, səhhətinin necə olduğunu öyrənim, yaxınları onun bu gün rəhmətə getdiyi bildirdilər. O, özü Massalının Bədəlan kəndindəndir. Doğulub, boya başa çatdığı kənddə sabah torpağa basdırılacaq".

Rəşad Əliyev