Ronaldu Litvada poker etdi – VİDEO

04:27 11-09-2019 735

Litva yığması futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində öz meydanında Portuqaliya millisinə böyük hesabla məğlub olub – 5:1.

HerGun.Az xəbər verir ki, qollardan 4-nü “Yuventus”un hücumçusu Kriştianu Ronaldu vurub. 

34 yaşlı portuqaliyalının ikinci qolu gözlənilməz alınıb: hücumçunun qeyri dəqiq vuruşundan sonra top qolkiperin başından rikoşet edərək qapıdan keçib.

Ronaldu Portuqaliya millisinin heyətinddə 160-cı oyununu keçirib və 93 qola imza atıb. Ona iranlı Əli Dainin dünya rekorduna çatmağa 16 top qalıb.