Tramp üç aylıq maaşını veteranlara bağışladı

01:20 18-05-2018 73
loading...

ABŞ prezidenti Donald Tramp yanvar-mart ayları ərzində aldığı əmək haqqını müharibə qazilərinin müalicəsi məqsədi ilə Veteran məsələləri departamentinə ianə edib.

HerGun.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Seçki qabağı kampaniyası zamanı vəd etdiyi kimi, prezident öz maaşını xeyriyyə məqsədilə ianə edir.

O, 2018-ci ilin birinci rübünün qazancını Veteran məsələləri departamentinin müayinə-müalicə proqramlarına bağışlayıb”, - deyə Ağ Evin rəsmisi Sara Sanders bildirib.

Qeyd edək ki, ABŞ-da Ağ Ev rəhbəri ilə 400 min dollar maaş alır.

“Forbes”un hesablamalarına görə, keçmiş daşınmaz əmlak maqnatı Trampın varidatı 3,7 milyard dollara yaxındır.

F.M.