Kaspşik Ermənistanda danışıqlarda

10:40 18-05-2018 40
loading...

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistanda səfərdədir.

HerGun.Az-ın News.am-a istinadən məlumatına görə, Kaspşik Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb.

Tərəflər təmas xəttində və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Kaspşik bundan sonra da vasitəçi missiyasında maksimum səylərini davam etdirəcəyini vurğulayıb.