İŞİD Messi və Ronaldunu ölümlə hədələdi

10:55 18-05-2018 12
loading...

İŞİD terror qruplaşması dünya futbol ulduzları argentinalı Lionel Messi və portuqaliyalı Kriştianu Ronaldunu öldürməklə hədələyib.

HerGun.Az-ın xəbərinə görə, bu barədə İspaniyanın AS nəşri yazır.

Bildirilir ki, yaraqlılar bununla bağlı plakat da hazırlayıblar. Plakatın altında “Qələbə bizim olacaq” sözləri yazılıb.

Nəşr qeyd edir ki, ekstremistlər Rusiyada keçiriləcək dünya çempionatında terror aktları planlaşdırıblar.