Tramp Boltonu niyə işdən çıxarıb? - Səbəb bilindi

22:54 11-09-2019 1231

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İran mövzusunda fikir ayrılığına görə postundan məhrum olub. 

Bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.

KİV-in xəbərinə əsasən, ABŞ prezidenti Donald Tramp Tehrana qarşı tətbiq edilən sanksiyaların yumşaldılmasını təklif edib. Amma Bolton bunun əleyhinə olub. Maliyyə naziri Stiven Mnuçin də Trampı dəstəkləyib.

Nəşr xatırladır ki, ABŞ-da BMT Baş Assambleyası çərçivəsində Trampın iranlı həmkarı Ruhani ilə sentyabr ayında baş tutacaq Nyu-York görüşünə hazırlıq gedir.

Qeyd edək ki, Bolton sentyabrın 10-da işdən çıxarılıb. O, 2018-ci ilin aprel ayından ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postunu tuturdu.