Xaçmazda ikimərtəbəli ev yandı

01:36 12-09-2019 466

Xaçmaz rayonunun Hacəlibəy kəndində ikimərtəbəli ev yanıb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, yanğın 1973-cü il təvəllüdlü Teyyubov Hafiz Ağalar oğluna məxsus yaşayış evində baş verib.

Hadisə yerinə Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb, alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb. 

Ümumi sahəsi 150 kvm olan iki mərtəbəli 5 otaqdan, 1 aynabənddən ibarət fərdi yaşayış evinin aynəbəndi və dam örtüyünun 50 kvm-nin yanar konstruksiyaları yanıb. Fərdi yaşayış evinin qalan hissələri yanğından mühafizə olunub. 

Yanğın zamanı xəsarət alan olmayıb.