Kirkorov, Alleqrova, Varum, Leşenko, Lolita və Vinokur təyyarədə kart oynadılar – VİDEO

07:00 12-09-2019 597

Rusiyalı müğənni Nataşa Korolyova cavanlığını yada salaraq "Instagram" səhifəsində 1996-cı ilin videosunu yerləşdirib.

Videoda onun təyyarə göyərtəsində Vladimir Vinokur, Anjelika Varum, Lolita, Filipp Kirkorov, İrina Alleqrova və Lev Leşenko ilə kart oynadığı əks olunub.

“Uzun sürən uçuşlarda azart oyunları pula oynayırıq, hər bir şeyi uduzan isə soyunur!!!”, - müğənni videonu belə şərh edib.  

Videonu Korolyovanın birinci əri İqor Nikolayev çəkib.