Koçaryanın tərəfdarları məhkəmədə dava saldı

19:45 12-09-2019 458

Yerevan məhkəməsində Ermənistanın sabiq prezidenti Robert Koçaryanın tərəfdarları ilə əleyhdarları arasında dava düşüb.

“RİA Novosti” xəbər verir ki, hadisə iclasdan sonra baş verib. İnsidentə görə, bir neçə nəfər, o cümlədən “Milli razılıq” partiyasının sədri Aram Arutunyan saxlanılıb.

R.Koçaryanın əleyhdarları onu hansısa qadını döyməkdə ittiham ediblər. Arutunyan isə öz ünvanına edilən təhqirlərə cavab olaraq bu addımı atdığını bildirib.

Qeyd edək ki, bu ilin mayında Robert Koçaryan Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin zaminliyi ilə azadlığa buraxılıb. Bundan sonra Ermənistanın Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Koçaryanın yenidən həbsi ilə bağlı qərar qəbul edib.

Məhkəmənin qərarı sentyabrın 17-də elan olunacaq.