Sahibi məlum olmayan avtomobil yandı
00:45 13-09-2019 411
Xaçmazda avtomobil yanıb.
HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qaraqurtlu kəndində qeydə alınıb.
Sahibi hələlik məlum olmayan 10-XS-649 dövlət qeydiyyat nişanlı “VAZ-2109” markalı minik avtomobili yanıb.
Hadisə yerinə Xaçmaz rayon DYMH-nin iki avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb.
Ölən və xəsarət alan yoxdur.