Xaçmazda buğda anbarında yanğın

02:54 13-09-2019 6

Xaçmaz rayonunda buğda anbarı yanıb. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Köhnə Xaçmaz kəndində qeydə alınıb. 

Hadisə yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

Nəticədə anbarın 300 kvadramtrlik dam örtüyünün 100 kvadratı yanıb. Faktla bağlı araşdırma aparılır.