Paltar mağazasından oğurluq edən qadın tutuldu

15:00 13-09-2019 427

Sentyabrın 12-də saat 13:00 radələrində “Sədərək” ticarət mərkəzindəki mağazaların birindən 200 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən qadın ərazidə xidmət aparan Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

10-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Şirvan şəhər sakini olduğu müəyyən edilib

Araşdırma aparılır.