Polo üzrə Dünya Kuboku başladı - VİDEO

19:36 13-09-2019 7

Artıq ənənə halını almış Polo üzrə Dünya Kuboku başlayıb. 

HerGun.Az-ın Baku TV-yə istinadən verdiyi xəbərə görə, hər il olduğu kimi, bu il də ölkəmizin yer aldığı turnirdə dörd ölkənin komandası iştirak edir.

Bu gün turnirin ilk oyunları keçirilib. Püşkatmanın nəticələrinə əsasən, ilk oyun Azərbaycanı təmsil edən “Elite Horse & Polo Club Baku” və İsveçrənin “Evviva Polo Club St. Moritz” komandaları arasında oynanılıb. 

Günün ikinci oyunu Almaniyanı təmsil edən “Los Nocheros Polo Club Münster” və Rusiyanı təmsil edən “Planernaya Polo Club Moscow” komandaları arasında olub. Yerli komanda ilk görüşdən qalib ayrılıb. 

Turnirin ikinci günü açılış oyunu İsveçrə təmsilçisi “Evviva Polo Club St. Moritz” və Almaniya təmsilçisi “Los Nocheros Polo Club Münster” arasında baş tutacaq. İkinci oyunda isə təmsilçimizin rəqibi “Planernaya Polo Club Moscow” olacaq.

Üçüncülük uğrunda mübarizə final günü - sentyabrın 15-də, saat 15:00-da başlayacaq. Final görüşü isə 16:15-də 2 ən güclü komanda arasında baş tutacaq. Turnirin qalibi bu görüş nəticəsində bəlli olacaq.