ABŞ Olimpiya Komitəsinə qarşı təhqiqat başlayıb – cinsi təcavüzlərdə şübhəlilər var

03:18 14-09-2019 473

ABŞ Ədliyyə Nazirliyi Milli Olimpiya Komitəsi (MOK) ilə bağlı təhqiqata başlayıb.

Bu barədə  “The Wall Street Journal” yazır.

MOK üzvləri cinsi təcavüz və maliyyə pozuntularında şübhəli bilinirlər.

Nəşrin mənbələrinin məlumatına görə, şübhə altına Gimnastika və Taekvondo Federasiyalarının rəhbərləri düşüb. Güman edilir ki, bu federasiyalarda “yetkinlik yaşına çatmayanlar üzərində zorakılığ”ın qarşısı alınmayıb.

Qəzetin yazdığına görə, təhqiqat Gimnastika üzrə milli yığmanın keçmiş doktoru Larri Nassarın seksual təcavüzləri ilə bağlı qalmaqalın fonunda baş verib. 2018-ci ilin əvvəlində Nassara 175 il həbs cəzası verilib.