Bakıda avtomobil motosikletlə toqquşub, sürücü yaralanıb - FOTO/VİDEO

05:18 14-09-2019 475

Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. 

HerGun.Az bildirir ki, Həsən Əliyev küçəsində, “Kral” şadlıq sarayının yaxınlığında Əkbərov Əkrəm Allahverdi oğlu idarəetdiyi “Chevrolet” markalı avtomobillə hərəkətdə olan zaman Əmayev Sinan Çingiz oğlunun idarə etdiyi motosikletlə toqquşub. 

Hadisə zamanı motosikletin sürücüsü Sinan Əmayev xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. 

Qəzaya uğrayan hər iki nəqliyyat vasitəsi isə cərimə meydançasına aparılıb. 

Kamil Əmirli 

Elşad Mətləboğlu