Füzulidə 50 yaşlı kişi kəsdiyi ağacın altında qalıb, vəziyyəti ağırdır

01:40 07-12-2019 363

Füzuli rayonunda 50 yaşlı kişi ağac kəsərkən ağacın altında qalıb.

50 yaşlı Tərxan Mehtiyev həyətyanı sahədə ağac kəsərkən ağac onun üzərinə aşıb.

Yaralı ağır vəziyyətdə Bakıya xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu