Abşeronda maşını əzilən şəxs bıçaqlanıb

01:00 14-12-2019 135

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə “AAAF Park” yaşayış kompleksinin yaxınlığında qeydə alınıb. Belə ki, naməlum şəxs 1971-ci il təvəllüdlü Abuzərov Nurəddin Əmir oğluna məxsus “Mercedes” markalı avtomobili əzib. Həmin şəxs hadisəyə etirazını bildirən N.Abuzərova bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu