Bakının ayrı-ayrı yerlərində iki nəfər bıçaqlandı, vəziyyətləri ağırdır
03:40 24-12-2019 654
Paytaxtın müxtəlif yerlərində iki bıçaqlanma hadisəsi qeydə alınıb.
HerGun.Az xəbər verir ki, hər iki halda zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
İlk hadisə metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında qeydə alınıb. 1986-cı il təvəllüdlü Quliyev Rüstəm Cəbrayıl oğlu tanımadığı şəxslə mübahisə zəminində bıçaqlanıb.
Xəstəxanaya çatdırılan kişinin vəziyyəti ağırdır. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
İkinci hadisə Binəqədidə baş verib.
1989-ci il təvəllüdlü Sərxan Küclü Fəhmin oğlu “Qız qalası” marketin yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktlarla bağlı Nərimanov və Binəqədi Rayon Polis İdarələrində araşdırma aparılır.
Kamil Əmirli