Neymar irqçiliyə məruz qalan futbolçuların müdafiəsinə qalxdı

11:20 31-12-2019 652

Fransanın PSJ klubunun braziliyalı hücumçusu Neymar irqçiliyə məruz qalan futbolçuların müdafiəsinə qalxıb.

“France Futbol” məlumat verir ki, hücumçu Ukrayna Çempionatının 14-cü turunda baş tutan “Şaxtyor”- “Dinamo” oyununda həmyerlisi Taysona qarşı səsləndirilən alçaldıcı ifadələrə münasibət bildirib.

“İqrçilik məni qıcıqlandırır. Balotelli, Dentinyo və Taysonun başına gələnlər qəbuledilməzdir. Belə olmamalıdır. Stadiona gələn azarkeşlərin bunu başa düşməsi çox vacibdir”, - deyə Neymar açıqlamasında söyləyib.