Beynəlxalq dərəcəli azərbaycanlı hakim vəfat edib

23:40 02-01-2020 528

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi Vitali Sapronov vəfat edib.  

“Report”un məlumatına görə, V.Sapronov 62 yaşında dünyasını dəyişib.  

Qeyd edək ki, Vitali Sapronov Dövlət Radiotezliklər İdarəsinin əməkdaşı olub.