Bakı-Salyan şossesində 2 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb - FOTO

04:20 27-01-2020 374

Səbail rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, qəza Bakı-Salyan magistralında qeydə alınıb.

Bəhruz Nəcəfli idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçərək yoluna davam etmək istəyib.

Nəticədə avtomobil işıqforun qırmızı işığında dayanan və Məhərrəm Hüseynlinin idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə zamanı M.Hüseynli xəsarət alıb. Əraziyə Səbail Rayon DYP əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Kamil Əmirli