“Milan” və “Barselona”nın sabiq futbolçusu “Beşiktaş”da

11:40 01-02-2020 399

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

HerGun.Az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, Kevin-Prins Boatenq İstanbul təmsilçisinin formasını geyinəcək. 

O, İtaliya “Fiorentina”sından icarəyə götürülüb. 32 yaşlı Almaniya doğumlu qanalı futbolçu mövsümün sonunadək Türkiyə klubunda oynayacaq.

Qeyd edək ki, Kevin-Prins Boatenq “Milan” və “Barselona” kimi məşhur klublarda çıxış edib.