Üçtəkanla tullanma üzrə yeni dünya rekordu vuruldu
05:00 22-02-2020 482
Venesuela idmançısı Yulimar Rohas qapalı məkanda üçtəkanla tullanma üzrə yeni rekordçu oldu.
24 yaşlı atlet Madriddə keçirilən turnirdə 15,43 metrədək olan göstəricini fəth edib.
Ötən rekord 2004-cü ildə rusiyalı idmançı Tatyana Lebedeva tərəfindən vurulmuşdu. Belə ki, yüngül atlet 15,36 metr məsafəyə tullanmışdı.
Qeyd edək ki, açıq havada rekord isə ukraynalı İnessa Kravetsə məxsusdur. O, 1995-ci ildə 15,50 metrlik göstəricini fəth etmişdi.