Azərbaycanda koronavirusla bağlı şayiə yayanlar tutuldu - VİDEO

17:40 25-02-2020 494

Son günlər sosial şəbəkələrdə Lənkəran rayonunda koronavirusa yoluxmuş şəxslərin olduğu barədə yayılan səs yazısı cənub bölgəsində, eləcə də, bütün ölkədə narahatlığa səbəb olub.

Səsləri yayılan Lənkəran rayon sakinləri – Seymur Fətullayev və həkim Fərid Rüstəmov Real TV-yə danışıb. 

Onlar bildiriblər ki, xəstəliklə bağlı öz aralarında zarafat ediblər.

S.Fətullayev S.Rüstəmovdan xəstəlik barədə soruşub.

S.Rüstəmovun sözlərindən təşvişə düşən S.Fətullayev onun səsini “WhatsApp” qrupuna atıb.

Bundan sonra səs hər kəsə yayılıb.