ABŞ Türkiyəyə şirkətlərinə qarşı sanksiya tətbiq etdi

03:00 26-02-2020 374

ABŞ Rusiya, Çin, Türkiyə və İranın 13 şəxsi və şirkətinə qarşı sanksiyalar tətbiq edib.

“TASS” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

Onun sözlərinə görə, həmçinin  kütləvi qırğın silahlarının qarşısının alınması ilə bağlı qanuna əsasən, İran, Şimali Koreya və Suriya barəsində müvafiq təbbrilər təyin edilib.

Qeyd edək ki, sanksiyalara məruz qalan şəxslərin və şirkətlərin adı açıqlanmır. Sanksiyalar iki il ərzində davam edəcək.