Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO

16:40 26-02-2020 29

Güclü külək Xırdalanda da bir sıra fəsadlar törədib.

HerGun.Az xəbər verir ki, dağıntılar Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə adlanan ərazidə baş verib. 

Güclü külək səbəbindən bir neçə ağacın budaqları qırılıb, eləcə də evin dam örtüyü aşaraq ərazidə olan avtomobillərin üzərinə düşüb. 

Hadisə nəticəsində xəsarət alanlar olmasa da, üç nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli