Vaşinqtonda fövqəladə hal elan edildi

08:00 12-03-2020 320

ABŞ-ın paytaxtı Vaşinqtonun meri Muriel Bouzer şəhərdə fövqəladə hal rejiminin elan edildiyini bildirib.

“RİA Novosti” xəbər verir ki, bu gün Vaşinqtonda daha altı koronavirusa yoluxma halı təsbit edilib.

Xəstəliyə yoluxanların sayı 10 nəfərə çatıb.

Qeyd etmək lazımdır ki, fövqəladə hal rejimi merə icbari karantin tətbiq etməyə və krizis dönəmində qiymətləri süni şəkildə qaldıran satıcıları məsuliyyətə cəlb etməyə imkan verir.