Futbol üzrə Azərbaycan çempionatı dayandırıldı

18:40 13-03-2020 29

Azərbaycan Premyer Liqası və I divizionu dayandırılıb.

HerGun.Az xəbər verir ki, bu barədə qərarı Peşəkar Futbol Liqası (PFL) verib.

Qurumun prezidenti Ramin Musayev I Divizionun XX, Premyer Liqanın isə XXI və XXII turlarının təxirə salınması haqqında əmr imzalayıb. 

PFL son günlər koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salması, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni nəzərə alaraq analoji addıma əl atıb. 

Təxirə salınmış turların keçiriləcəyi tarix barədə məlumat verilməyib.