Yuri Qaqarinin həyat yoldaşı vəfat edib - FOTO

19:40 17-03-2020 362

Kosmonavt Yuri Qaqarinin həyat yoldaşı Valentina Qaqarina 85 yaşında vəfat edib.

Bu barədə Kosmonavtların Təlim Mərkəzinin mətbuat xidməti məlumat yayıb. 

Xatırladaq ki, Yuri Qaqarin kosmosa uçmuş ilk insan hesab edilir. Onun ilk uçuşu 1961-ci ilə təsadüf edib.

Qaqarin 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olub.