Koronavirus səbəbindən ABŞ-da milyonlarla insan işsiz qala bilər

06:40 26-03-2020 60

Cari ilin yay aylarınadək ABŞ-da koronavirus pandemiyası səbəbindən 14 milyon insan işini itiriə bilər.

“CNN” xəbər verir ki, mütəxəssislərin fikrincə fərdi sektorda işləyənlərin 10%-i işsiz qalacaq. Ən ciddi zərbə pərakəndə ticarət, əyləncə sənayesi və mehmanxana biznesi sahələrinə dəyəcək.

Yuxarıda qeyd edilən sahələri nəzərə alaraq, işsizliyin əsasən Nevada, Montana və Havay ştatlarında müşahidə olunacağı ehtimal edilir.