Sərdar Ortaç eşqin bitdiyini dedi, sevgilisi bunu “Instagram”dan öyrəndi - FOTO

12:40 26-03-2020 28

Türkiyənin məşhur müğənnisi Sərdar Ortaçın həmkarı Seçil Gürlə eşq macərası qısa davam edib.

“HaberGlobal”ın məlumatına görə, Ortaç “Instagram” hesabında sevgilisindən ayrıldığını elan edib. 

“Xəbərlərdə də əks olunan münasibətlərimiz qarşılıqlı anlaşılmazlıq səbəbindən bitib”, - deyə məşhur müğənni bildirib.

Müğənni Seçil Gür isə münasibətlərinin bitdiyini Sərdar Ortaçın paylaşımından öyrəndiyini deyib.

“Ayrıldığımızı “story”dən öyrəndim. Xəstəxanadan qayıtdıqdan sonra Sərdarın evinə getdim, qapıda danışdıq. Mənə ayrıldığımızı demədi. Hesab edirəm ki, xəstəlik səbəbindən əhvalı pisdir. Belə psixoloji vəziyyətdə o, hekayə bölümündə paylaşımlar edir. Xəstəliyi ruhi vəziyyətinə təsir edib”, - deyə o bildirib.