Dağlıq Qarabağda erməni hərbçisi yaralandı
11:40 06-04-2020 428
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində erməni hərbçisi yaralanıb.
Bu barədə “Sputnik Armeniya” xəbər yayıb.
Hadisənin aprelin 5-i saat 17:30-da baş verdiyi bildirilir.
Qeyd edilir ki, 20 yaşlı Araik Şahpazyan güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları araşdırılır.