70 yaşlı Ajda Pekkanın bu hərəkəti görənləri məəttəl qoydu - FOTO

22:20 24-04-2020 524

İllərə meydan oxuyan, Türkiyənin super stari Ajda Pekkan yeni fotoları ilə gündəmə səs salıb.

HerGun.Az xəbər verir ki, 70 yaşını haqlayan məşhur müğənni malikanəsində idmanla məşğul olduğu kadrları lentə alaraq, sosial media hesabında izləyicilərlə bölüşüb.

Həm səhnədə, həm də şəxsi həyatında aktiv olan sənətçi bu yaşda formada qalması ilə həmkarlarına göz dağı verir. 

Ajdanın ideal və fit bədən quruluşuna sahib olmasının səbəbi yalnız sağlam qidalanmaq və mütəmadi idmanla məşğul olmasıdır. Bu fotolar da  həmin iddianın sübutudur. 

Super starın “Sağlam yaşamaq üçün idmanı əsirgəməyin” başlığı altında paylaşdığı fotolarına sosial media əhli təəccüb dolu şərhlər yazıblar. 

Rəşad Əliyev