Bakıda 48 yaşlı kişi çoxsaylı bıçaq yaraları ilə xəstəxanalıq oldu
01:00 26-04-2020 548
Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
HerGun.Az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Savalan yaşayış massivində 1972-ci il təvəllüdlü Şərbətov Rauf Fərhad oğlu naməlum şəraitdə çoxsaylı bıçaq xəsarətləri alıb.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. R.Şərbətova qarının ön divarının, kürəyin və sol budun kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli