ÜST-də geniş islahatlar gözlənilir – Prezidentlər anons verdi

12:40 27-04-2020 338

Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) geniş islahatlar gözlənilir.

REN TV xəbər verir ki, bu, ABŞ və Fransa prezidentlərinin telefon danışığı zamanı müzakirə olunub.

Donald Tramp və Emmanuel Makron hesab edirlər ki, ÜST indiki formada müasir çağırışlara cavab vermir.

Təşkilatda gözlənilən islahatların konkret hansı istiqamətdə aparılacağı hələlik müəyyənləşdirilməyib.